236
Üzbəüz 26 sentyabr — 12:46

Polad Bülbüloğlu Sankt-Peterburqda danışıqlar apardı

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu 25-26 sentyabr tarixlərində Sankt-Peterburqa səfər edib və səfər çərçivəsində qubernator Aleksandr Beqlovla görüşüb.

Virtualaz.org bildirir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə başlıca olaraq Azərbaycan Respublikasının cari ilin 12-14 noyabr tarixlərində keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirakına hazırlıqla bağlı məsələlər müzakirə edilib. Məlum olduğu kimi, Azərbaycan builki forumda “qonaq ölkə” xüsusi statusu ilə iştirak edəcək.

Həmçinin humanitar-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, ölkəmizdən Sankt-Peterburqa kənd təsərrüfatı məhsullarının ixracı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlər