207
Üzbəüz 22 sentyabr — 19:01

Buyurun, impiçment elan edin...

ABŞ Prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin impiçment ultimatumuna münasibət bildirib.

Birləşmiş Ştatlar prezidenti bu barədə fikrini Ohayo ştatının Toledo şəhərində seçiciləri ilə görüşdə səsləndirib.

Tramp söyləyib ki, insanlar Nensi Pelosidən yorulub.

“Ali məhkəməyə namizəd olacaq şəxsin adını irəli sürən kimi onlar (Demokrat Partiyasını nəzərdə tutur – red.) mənə qarşı impiçment elan etmək istəyirlər. Halbuki konstitusiyaya uyğun olaraq, mən bunu həyata keçirməliyəm. Buyurun, elan edin. Mən onların bunu etmələrini istəyirəm”, - Tramp öz nitqini tamamlayıb.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək.

D.Trampın seçkidə rəqibi demokratların namizədi Co Baydendir.

Virtualaz.org

Xəbərlər