427
Üzbəüz 21 sentyabr — 00:46

Rusiya hərbçisi Ermənistanda həlak oldu

Ermənistanın Lori vilayətində ölümlə nəticələnən yol qəzası baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, gecə saatlarında Rusiya Federasiyası vətəndaşı, 27 yaşlı Aleksey Melnikov idarə etdiyi "Toyota Land Cruiser" markalı avtomobil ilə Saratovka kəndi yaxınlığındakı sahədə hələlik naməlum şəraitdə idarəetməni itirərək yoldan çıxıb və bir neçə metr yuvarlanıb.

Qəza nəticəsində o, yerindəcə ölüb. Onunla olan şəxslər öz avtomobilləri ilə onu artıq ölmüş vəziyyətdə Stepanavan tibb mərkəzinə yerləşdiriblər, orada da ölümü təsdiqlənib.

Məlumata görə, A. Melnikov Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci rus hərbi bazasında taqım komandiri olub.

Xəbərlər