351
Üzbəüz 20 sentyabr — 22:36

Azərbaycan derbisi: "Neftçi" "Qarabağ"a qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Virtualaz.org xatırladır ki, turun son oyununda "Qarabağ" "Azersun Arena"da "Neftçi"ni qəbul edib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb – 1:2.

Oyunda hesab 10-cu dəqiqədə açılıb. Ağdam klubunun heyətində Kvabena Ovusu fərqlənib. Cəmi 2 dəqiqə sonra "Neftçi" Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Komandalar fasiləyə bu hesabla yollanıblar.

İkinci hissədə "ağ-qaralar" daha bir qol vurublar. Emil Balayevlə üzbəüz dueldən qalib ayrılan Namiq Ələsgərov topu boş qapıya göndərib.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə geriləyərək 5-ci sıraya düşüb.

Onu da qeyd edək ki, günün ilk oyununda "Zirə" öz meydanında "Sabah"a uduzub - 0:2.

**11:22

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turunda daha iki matç keçiriləcək.

Virtualaz.org bildirir ki, “Zirə” öz meydanında “Sabah”ı qəbul edəcək. Günün əsas matçı isə son ölkə çempionu “Qarabağ”la “Neftçi” arasında olacaq.

Xatırladaq ki, bu, komandaların çempionatda 80-ci dueli olacaq. 29 görüşdə Ağdam təmsilçisi, 20-də isə flaqman qalib gəlib. 30 qarşılaşmada qalib müəyyənləşməyib. Yeri gəlmişkən, Ağdam klubu son üç Premyer Liqa matçında "Neftçi"dən qol buraxmır, paytaxt təmsilçisi isə 5 matçdır rəqibini məğlub edə bilmir.

Azərbaycan Premyer Liqası

III tur

20 sentyabr 18:00.

“Zirə”– “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Zirə İdman Kompleksinin stadionu

20:15. “Qarabağ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Azersun Arena”

Xəbərlər