435
Üzbəüz 16 sentyabr — 23:54

Çempionlar Liqası: “Qarabağ” penalti seriyasında məğlub oldu

Azərbaycanın “Qarabağ” klubu bu gün futbol üzrə UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb. Ağdam təmsilçisi Norveçin “Molde” komandası ilə qarşılaşıb.

Kiprdə baş tutan qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün oynanılan yarım saatda da qapılara qol vurulmayıb.

Oyunun taleyi penalti seriyası ilə müəyyənləşib. Gərgin keçən penalti seriyası “Molde”nin qələbəsi ilə bitib - 6:5.

**23:10

"Qarabağ"  və Norveç "Molde"si arasındakı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununda əsas vaxt başa çatıb.

Virtualaz.org bildirir ki, 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

Bu səbəbdən, hər biri 15 dəqiqədən ibarət iki hissəlik əlavə vaxt təyin olunub.

 

**21:10

UEFA Çempionlar Liqasının III turunun "Qarabağ" - "Molde" (Norveç) oyunu start götürüb.

Virtualaz.org bildirir ki, Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Vild-Donald Gerye, Uroş Matiç, Qara Qarayev, Filip Ozobiç, Xayme Romero, Abdullah Zubir və Mahir Emreli yer alıblar.

“Molde”nin ilk onbirliyində isə meydana Andreas Linde, Stian Qreqersen, Maqnus Eykrem, Leke Ceyms, Martin Ellinqsen, Erlinq Knudtcon, Ecas Xussayn, Fredrik Eyrsnes, Eyrik Xestad, Xenri Uonqo və Kristoffer Xeuqen çıxıblar.

Qeyd edək ki, bu cütün qalibi pley-offda "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) duelinin güclüsü ilə qarşılaşacaq.

Xəbərlər