351
Üzbəüz 16 sentyabr — 01:52

Çempionlar Liqası: “Qarabağ” bu gün Norveç “Molde”si ilə qarşılaşır

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün III təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” komandası ilə qarşılaşacaq.

Virtualaz.org xatırladır ki, bu oyunun qalibi də, koronavirus pandemiyası ilə bağlı yeni reqlamentə görə, bir oyunla məlum olacaq.

Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüş Kiprdəki “AEK Arena”da olacaq.

Onu da xatırladaq ki, ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), II təsnifat mərhələsində Moldovanın “Şerif” komandasını mübarizədən kənarlaşdırıblar - 2:1.

“Molde” isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın “Cele” klublarından güclü olub - 2:1.

Yeri gəlmişkən, bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

Xəbərlər