276
Üzbəüz 15 sentyabr — 21:34

Qurban Qurbanov Çempionlar Liqasında "Qarabağ" - "Molde" matçı haqda

"Milli komandaların fasiləsindən sonra bu oyuna hazırlaşmağa iki gün vaxtımız oldu. Ümumi durum pis deyil".

Virtualaz.org-un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində sabah Norveç "Molde"si ilə keçiriləcək oyunöncəsi deyib.

Baş məşqçi bildirib ki, bir neçə futbolçunun mikrozədəsi var: "Bu, bizi narahat edir. Xayme Romero və Mahir Emreli isə zədəlidir".

Onun sözlərinə görə, rəqib də turnirə çox ciddi hazırlaşır: "Çox intizamlı komandadır. "Molde" fərqli sistemdə oynayır. Belə tip rəqiblərə qarşı bir neçə dəfə oynamışıq. İnanıram ki, rəqibi düzgün analiz edib sabah meydanda istədiyimiz oyunu qura biləcəyik".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ” sentyabrın 16-da “AEK Arena”da Norveçin “Molde” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

Xəbərlər