210
Üzbəüz 15 avqust — 13:20

İsrail Qəzzada HƏMAS-ın mövqelərinə zərbələr endirdi

İsrail ordusunun qırıcı təyyarələri Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə partlayıcı maddələr daşıyan şarların buraxılmasına cavab olaraq həyata keçirilib.

Qeyd edilir ki, hava zərbələri HƏMAS-ın hərbi-dəniz qüvvələrinin kompleksi, yeraltı strukturu və müşahidə postlarına endirilib.(Trend)

Xəbərlər