364
Üzbəüz 14 avqust — 17:14

Oqtay Şirəliyev kubalı həkimlərlə görüşdü

Avqustun 14-də Səhiyyə naziri Oqtay Şirəliyev Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo və COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədi ilə Kubadan gələn tibb heyətinin rəhbəri professor Dalsy Torres Avilla ilə görüşüb.

Nazirlikdən virtualaz.org-a verilən məlumata görə, Oqtay Şirəliyev Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə və müalicə üsullarından danışaraq, ölkədəki səhiyyə vəziyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, bu sahədə əldə olunan nailiyyətlər ölkə başçısı İlham Əliyevin səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir. Nazir kubalı həkimlərin müalicə üsulları və istifadə olunan dərman vasitələri ilə bağlı müsbət nəticələrin əldə olunduğunu xüsusilə vurğulayıb.

Heyətin rəhbəri, professor Dalsy Torres Avilla Azərbaycanda xəstəxana-müalicə infrastrukturunun yaradılmasından danışıb. Bildirib ki, həkim və orta tibb işçisi potensialının kifayət qədər olması təqdirəlayiq haldır. D. Torresin sözlərinə görə, bunun da yalnız koronavirus xəstələrinin deyil, digər xəstəliklərin də müalicəsinə böyük təsiri var. O, kubalı həkimlərinin ixtiralarının koronavirus infeksiyasının müalicəsində effektiv təsirlərinin olduğunu da vurğulayıb.

Görüşdə gələcəkdə səhiyyənin digər sahələrində də əməkdaşlığın məqsədyönlülüyü vurğulanıb.

Xəbərlər