1311
Üzbəüz 14 avqust — 16:14

BBC-nin aparıcısı Paşinyanı divara dirədi, erməni baş nazir özünü itirdi

Ermənistanın baş naziri Nikol Paşinyan BBC-nin “HARDTalk” proqramında çətin vəziyyətə düşüb.

Virtualaz.org bildirir ki, jurnalist Stiven Sakur N.Paşinyana Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalı, Tovuz istiqamətində həyata keçirdiyi hərbi təxribat, mülki vətəndaşımızı qətlə yetirməsi, Dağlıq Qarabağa qanunsuz yol çəkilməsi, Avropa parlamentarilərinin bununla bağlı bəyanatı və digər məsələlərlə bağlı suallar ünvanlayıb.

Paşinyan suallar qarşısında aciz duruma düşüb, onlardan yayınıb, rabitəsiz cavablar verib və işğala haqq qazandırmağa çalışıb.

Aparıcı ötən ay sərhəddə baş verən yeni toqquşma, iki tərəfdən hərbçilərin öldürülməsini qeyd edərək, Paşinyanın hakimiyyətə gəlişi ilə sülhün əldə edilməsində heç nəyin dəyişmədiyini söyləyib. Əlavə edib ki, iyulun ortalarında Ermənistan silahlı qüvvələri Azərbaycanın kəndlərini atəşə tutub.

"Azərbaycana istinadla gördük ki, 76 yaşlı mülki vətəndaş qətlə yetirilib. Əlbəttə ki, bundan daha sonra hərbi toqquşmaya gətirib çıxaran cavab atəşi açıldı. Bir daha qeyd etmək istəyirəm ki, sizin siyasətiniz sülhün bərqərar olması üçün hesablanmayıb", - aparıcı deyib.

Paşinyan isə Azərbaycanın birinci olaraq Ermənistana qarşı hərbi hücuma başladığını bildirərək, sualdan yayınmağa çalışıb.

“Siz deyirsiniz ki, azərbaycanlılar hücuma başladı. Azərbaycanlılar əlbəttə, deyirlər ki, siz bunu başladınız. Mən bunu bu gün “HardTalk”da həll etməyəcəm. Lakin aydın olan odur ki, siz ay boyunca münaqişədə təzyiqi artıran ciddi təxribatçı əməliyyatlar həyata keçirdiniz. Məsələn: nə üçün ötən il avqustda Dağlıq Qarabağda Xankəndinə gedərək "Artsax" adlandırdığınız Dağlıq Qarabağın Ermənistan olduğunu bəyan etdiniz?! Bu, aydın şəkildə Azərbaycana qarşı təxribat idi”.

Suallar qarşısında aciz qalan Paşinyan tarixi saxtakarlığa əl atmağa çalışıb.

Jurnalist isə “səmimi olaraq biz sizin tarixinizin bir neçə minilliklər əvvəlinə gedə bilmərik. Lakin biz bu günün reallığını səsləndirə bilərik. BMT Təhlükəsizlik Şurası, sizin də yaxşı bildiyiniz kimi, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan Respublikasının ərazilərindən dərhal, tamamilə qeyd-şərtsiz çıxmasını tələb edən qətnamə qəbul edib... Siz isə ora getməyi seçirsiniz və həmin ərazinin Ermənistanın olması barədə danışırsınız. Siz aydın şəkildə sülhməramli deyilsiniz”, - deyə söyləyib.

Paşinyan yenə yalana əl atıb, həmişə olduğu kimi, BMT Təhlükəsizlik Şurasının sənədinin mahiyyətini təhrif etmək istəyib.

Aparıcı daha sonra Ermənistandan Dağlıq Qarabağa yol çəkilməsi planı barədə danışıb, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçilərinin bununla bağlı etiraz bəyanatını xatırladıb.

Paşinyandan “həmin yolun tikilməsini dayandıracaqsınız?”, - deyə soruşub.

Ermənistanın baş naziri separatizmə haqq qazandırmağa çalışıb, bunu işğal edilmiş ərazidə yaradılan separatçı "Dağlıq Qarabağ hökumətinin" etdiyini deyib.

Jurnalist Paşinyanın Ermənistanın Dağlıq Qarabağ məsələsindəki millətçi mövqeyinin əvvəlki sələflərindən fərqlənmədiyini diqqətə çatdırıb.

“Ermənistan xalqı üçün vacib məsələdə masaya hər hansısa fərqliliyi gətirdiyinizin sübutu haradadır?”, - deyə jurnalist soruşub. Paşinyan isə "bizim mövqeyimizi millətçi adlandırdığınız fikrinizlə razılaşmıram", - deyə cavab verib.

Aparıcının “Siz hakimiyyətə jurnalist, insan haqları müdafiəçisi karyerası ilə gəlmisiniz. Hətta bir müddət siyasi dustaq olaraq həbsdə olmusunuz. Bəs həqiqətən də sələflərinizdən fərqli olduğunuzu göstərmək istəsək, siz keçmişdə, xüsusilə 1980-cı illərin sonları və 90-cı illərin əvvəllərində Ermənistan qüvvələrinin əsas insan haqları pozuntuları, Dağlıq Qarabağ daxilində müharibə cinayətləri törətdiklərini etiraf etməyə hazırsınızmı? Bir çox müstəqil müşahidəçilər həmin cinayətləri kataloqlaşdırıblar. Siz onlardan üzr istəməyə, etiraf etməyə hazırsınızmı", - sualına cavab vermək əvəzinə Paşinyan Sumqayıt hadisələrindən danışmağa başlayıb.

"Mən Azərbaycandan danışmıram, sizdən danışıram. Bunun sadə cavabı var: hə ya yox", -deyə təkrar sual verən aparıcı Paşinyanı ifşa edib: "Belə görürəm ki, üzr istəməyə hazır deyilsiniz...".

 

 

Xəbərlər