1493
Üzbəüz 14 avqust — 14:16

“Əgər xalqım bu liderləri seçsə, mən öz xalqıma qarşı çıxacağam...”

Müəllif: Eynulla Fətullayev

Gənclik vaxtlarımda məni kaudilyo Frankonun müqavimət və vətəndaş müharibəsi illərində adsız qəhrəmanların bütöv nəslini kor-koranə ümidsiz mübarizəyə dramatikcəsinə qurban vermiş sağ qalan azsaylı ispan respublikaçıları barədə faciəvi xatirələr sarsıtmışdı. İllər sonra mən bütöv xalqın yarım əsrlik tarixi faciəsini bir neçə saat ərzində hiss etməyə nail oldum. Böyük hökmdarın qalıqlarının eksqumasiyasına nail olan İspan sosialistləri tərəfindən  həmin mübarizə illərində həyatını itirənlərin dəfn edildiyi Ölüm Vadisində salınmış daş cığır roma-katolik məbədinə aparır.

Ətrafda isə öz katorqa əməyi hesabına, həyatları bahasına, saysız iztirablarla təpənin başına cığır açan,  böyük cəzavericilərinin  gələcək bazilikasına yol salan məhbus-respublikaçıların adsız qalıqları uyuyur. Onlilliklər ərzində bütöv nəsil ümidsizcəsinə döyüşüb və mübarizə aparıb. Dünya düzəni dağılıb, böyük müharibələr gedib, sərhədlər yenidən cızılıb, qul əməyi çöllərində həlak olan həmin on minlərlə insan isə öz ideallarının qələbəsinə inanıb. Onlar bu inamın yolunda ölüblər. Onlar  səmimi olaraq qınadıqları hökmdarın sarayını ucaldıblar.

Ölülər Vadisinin cığırları ilə

Bəli, tarixdə elə məqamlar yetişir ki, bütöv nəsillər ümidsizcəsinə mübarizə aparır. Lakin bu nəsillərin gücü tükənmir və inamı azalmır. İspan-respublikaçıların bütöv nəsli 30 ilə yaxın öz ideallarının qalib gələcəyinə inanırdılar. Onların mütləq çoxluğu həbsxanalarda həlak oldu. Lakin məğlubiyyəti dərk edən həmin bir ovuc bədbəxt adsız qəhrəmanlar da sağ qaldı. Onlar gənc şahzadə Xuan Karlosun taxt-taca gəlişi zamanı öz mübarizələrindən məyus olmuşdularmı?! Yox, yox, bir daha yox. Onlliklər boyu respublikaçılar özlərinə ümidsiz mübarizə inamını hopdurmuşdular...Bu, layiqli məğlubiyyət idi.

Mən ispan respublikaçılarını niyə yada saldım? Hərçənd irland respublikaçılarının-Meyz həbsxanasında dramatik aclıq aksiyasının qəhrəmanlarının  eynilə bu cür əzablı və ümidsiz mübarizəsini də xatırlaya bilərdim... Ötən qurdboğan-əsrin tarixi öz ideallarına sarılmış bütöv nəsillərin dönməz, cəsur mübarizə səhifələri ilə doludur. Tarix hamını mühakimə edir. Tarix ancaq qalibləri mühakimə etmir. Tarix bütövlükdə uduzanlarla barışanları öz ağuşuna alır. Ancaq tarix ondan ibrət götürməyənlərə qarşı çox amansızdır.

Azərbaycandakı bir siyasi qüvvənin səs-küylü iclası barədə bugünkü yazımıza bu məcburi giriş bizi bina əmin etməlidir ki, iki ictimai qüvvənin qarşıdurması heç də həmişə xeyirlə şərin mübarizəsi deyil. Və ümumiyyətlə, məsələsinin  fəlsəfəsi üzərində  düşünürsən- “xeyir nədir, şər nədir?!”.

Bu “sağ qalmış sonuncu liberalların” miskin yığnağının iclasını izləyərkən ümidsizlik və məyusluq hissləri meydana çıxır. Axı istənilən cəmiyyətin alternativ siyasi qüvvəyə malik olmaq haqqı var, elə deyilmi?! Və nəyə görə Allah  bizim xalqımızı Cəmil Həsənlinin, Gültəin Hacıbəylinin, Vidadi Mirkamalın, Vahid Məhərrəmlinin və ölkədə ali hakimiyyətə iddia edən digər bacarıqsız adamların sınıq-salxaq simasında alternativə məhkum edib? Görünür, Milli Şura adı daşıyan bu korlanmış çevrə hakimiyyətə iddiaçı yox, bizim cəmiyyətimizin siyasi icraçısıdır.

Ölkə üçün bu cür taleyüklü dövrdə, Ermənistanla sərhəddə ciddi gərginliyin yaşandığı, mürəkkəb beynəlxalq vəziyyətin hökm sürdüyü və Qafqaz adlı barıt çəlləyinin qaynadığı, pandemiyadan qaynaqlanan iqtisadi çətinliklərin yaşandığı bir vaxtda müxalifət qüvvələrinin baş Şurası öz iclaslarında ucuz tamaşa qurur. Bu stenoqram diri-diri basdırılanların şərti ümumi qəbirinə biabırçı siyasi epitafiya ola bilər.

Bu siyasi tullantılar bir-birinə sataşır, öz xalqınə ələ salır, sancır, inəklərin yemlənməsi və sağlması dövrü ilə bağlı uzun-uzadı müzakirələr aparır! Çıxışların predmeti-Amerikada qaraların qiyamı, Boston çay içməsi, müxalifət divar qəzetinin redaktorunun başı və ayaqları, Əli Kərimlinin mətbəxindəki ərzaqlardır...Putilov baraklarının mətbəx dustağının-müxalifət partiyası Xalq Cəbhəsinin lideri Əli Kərimlinin partiya yoldaşları sanki “rəhbər komada” məşhur sovet rəsmini xatırladır.

Ancaq yeni əsrdə rəhbər internetsiz və virtual aləmə çıxışsız qalıb. Guya xüsusi xidmət orqanlarının akvariuma çevirdiyi mənzilindən çıxıb  tərəfdarlarına-küçələrdəki dağınıq saqqalı cəbhəçilərə,  qohumlarının, dostlarının evinə getməyə rəhbərə nə mane olur? Və ya Kərimli “rəhbər komada” obrazına girərək təkcə müdafiəsiz yunkerlərin qoruduğu Qış sarayına hücumun başlamasını gözləyir?! Bu nə ucuz parodiyadır axı?! Bu nə ucuz tamaşadır? İrreallıq? İrrasionalizm? Bu nədir? Lakin cəbhəçilər rəhbərin xətasız olduğuna səmimi qəlbdən inanırlar-qida var, ruhi qida isə Kərimlini hakimiyyətlə qurbanlı mübarizə cəhdlərinə qanadlandırır. Və əlbətdə ki, o rəhbər kimi komada oturur, Zinovyevə qısılararaq deyil, divara qısılaraq.

Kərimli inqilabı təxminən belə gözləyir...

Bəli, partaktiv həm də rəhbərin dəstəklənməsinə yönələn “laykları” və ya botları da hesablayır. Tərtəmiz zibil!

İkrahdoğuran tamaşadır. Hansısa iyrənc avara yığnağı əyri sifətləri ilə toz basmış çürük “besedka”dakı oturacaqlarda oturub. Və bu mənəvi cılız əyalət adamları çat vermiş stəkanlarda soyuq, qaynanmamış çay içirlər. Böyük Mamardaşvilinin ölməz sözlərini necə xatırlamayasan ki, “əgər mənim xalqım bu lideri seçsə, mən öz xalqıma qarşı gedəcəyəm”!

Bu düşkün adamları hakimiyyət Olimpində təsəvvür etməyin özü ağlasığmazdır. Bu adamlar ruhlar Vadisində yaşayırlar. Nə böyük ölümə, nə də məğrur məğlubiyyətə layiq olmadan. Bu siyasətçilər unudulmağa layiqdirlər. Çünki onların idealları yoxdur və heç vaxt olmayıb. Onların idealı Gültəkin Hacıbəylinin o cür həvəslə müzakirə etdiyi qızıl buzovdur. Taleyimizin lövhələri bizi bu qızıl buzovu sındırmağa məcbur etmək istəyir. Bədbəxtlər, Ölüm Vadisində diri-diri basdırılanlar.

Xəbərlər