371
Üzbəüz 14 avqust — 11:08

ABŞ İrandan neft aparan tankerləri ələ keçirdi

ABŞ İrandan Venesuelaya yanacaq aparan “Bella”, “Bering”, “Pandi” və “Luna” tankerlərini ələ keçirib.

Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Gəmilər hərbi güc tətbiq edilmədən nəzarət altına alınıb və hazırda Amerikanın Hyuston şəhərinə doğru üzürlər.

Azvision.az xatırladır ki, şəhər prokuroru iyulun əvvəlində Kolumbiya məhkəməsi qarşısında həmin tankerlərə həbs qoyulması ilə bağlı iddia qaldırıb və hakim iddianı təmin edib.

Xəbərlər