328
Üzbəüz 10 avqust — 11:34

Lukaşenkonu ilk təbrik edən Çin lideri oldu

Belarusdakı prezident seçkilərinin yekun nəticələri çıxmamış Çin Xalq Respublikasının sədri Si Szinpin Aleksandr Lukaşenkonu təbrik edib.

Məlumatı Belarusun “BelTA” dövlət agentliyi yayıb.

Bildirilib ki, Çin A.Lukaşenkonu qalibiyyətlə təbrik edən ilk ölkə olub.

“Report” xatırladır ki, ötən gün Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə yüzlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb.

Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib.

Xəbərlər