290
Üzbəüz 9 avqust — 15:02

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

Çempionlar Liqasında 2020/21 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.

Virtualaz.org bildirir ki, püşkatmanın nəticələrinə əsasən Azərbaycanı ÇL-də təmsil edən “Qarabağ”ın rəqibi Şimali Makedoniya təmsilçisi “Sileks” olub.

Qeyd edək ki, bir oyundan ibarət olacaq I təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək.

Ağdam klubu “Sileks”lə oyunu Bakıda keçirəcək.

Onu da qeyd edək ki, II təsnifat mərhələsinin püşkü sabah atılacaq.

Xəbərlər