248
Üzbəüz 6 avqust — 15:47

Yerevanın keçmiş meri saxlanıldı

Ermənistanın Xüsusi İstintaq Xidməti Yerevanın keçmiş meri, dövlət xidmətlərinin tənzimlənməsi üzrə komissiyanın sabiq sədri Robert Nazaryanı saxlayıb.

Bu barədə “Hraparak” nəşri hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, həbsdən əvvəl Robert Nazaryandan üçüncü prezident Serj Sarkisyanın əleyhinə ifadə verməsi istənilib, əvəzində ona qarşı cinayət təqibinin dayandırılacağı bildirilib.

R.Nazaryan isə təqdim olunan ifadələrin həqiqətə uyğun olmadığını və imzalaya bilməyəcəyini deyərək rədd edib. Nəşr yazıb ki, hazırda ondan təzyiq altında ifadə almağa çalışırlar.

Xəbərlər