325
Üzbəüz 5 avqust — 11:50

Belarus Azərbaycandan gələnlər üçün karantini ləğv etdi

Belarus Səhiyyə Nazirliyi Azərbaycanı, sakinləri ölkəyə gəldikdən sonra karantində olması lazım olan dövlətlər siyahısından çıxarıb.

Virtualaz.org bildirir ki, bu barədə nazirliyin mətbuat xidmətinə istinadən BelTA məlumat yayıb.

Məlumata görə, Azərbaycandan başqa Monqolustan, Tanzaniya, Fici və Şri-Lanka da siyahıdan çıxarılıb.

Qeyd olunur ki, bu ölkələrdən gələnlərin Belarusda özlərini 14 təqvim günü ərzində təcrid etmələri tələb olunmur.

Virtualaz.org

Xəbərlər