576
Üzbəüz 3 avqust — 22:44

Belarus səfiri Rusiya XİN-ə çağırıldı

Belarusun Rusiyadakı səfiri Vladimir Semaşko Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib.

Bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko Belarus səfiri ilə ikitərəfli münasibətləri və saxlanılan rusların vəziyyətini müzakirə ediblər.

Qeyd edək ki, Belarus “Vaqner” qrupunun 33 üzvünü saxlayıb. Minskin iddiasına görə, 200-dən çox rusiyalı muzdlu Belarusda çevriliş həyata keçirmək niyyəti ilə ölkəyə gəlib.

Rusiya isə bu ittihamı rədd edib və “Vaqner” qrupu üzvlərinin Belarusdan tranzit ölkə kimi istifadə etdiklərini açıqlayıb.

Xəbərlər