239
Üzbəüz 16 iyul — 20:41

Çin və BƏƏ peyvənd sınaqlarının son mərhələsinə başladı

Çin Xalq Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin mütəxəssisləri koronavirus peyvəndinin sınaqlarının 3-cü mərhələsinə başlayıb.

Abu Dabi şirkəti "G42" və Çin şirkəti "Sinopharm CNBG" Abu Dabi Səhiyyə İdarəsi və Səhiyyə Nazirliyinin rəhbərliyi altında peyvənd sınaqlarının sonuncu mərhələsinə başlayıb.

"Bu ortaqlıq, Abu Dabidə istehsal ediləcəyini nəzərə alaraq peyvəndin BƏƏ sakinlərinə daha tez çatdırılmasına kömək edəcək",-deyə "G42" şirkətinin açıqlamasına bildirilib.

Xəbərlər