262
Üzbəüz 16 iyul — 15:55

Özbəkistan Prezidenti Səhiyyə nazirini və paytaxt hakimini cəzalandırdı

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənd şəhərində və Daşkənd vilayətində koronavirusla bağlı vəziyyətin kritik həddə çatdığına, virusun yayılmasının qarşısının alınması istiqamətində köklü tədbirlər görmədiklərinə görə ölkənin Səhiyyə naziri Alişer Şadmanova və Daşkənd şəhərinin hakimi Cahangir Artıqxocayevə töhmət verib.

AzərTAc xəbər verir ki, töhmət qərarını Şavkat Mirziyoyev Daşkənd şəhərində və Daşkənd vilayətində koronavirusla əlaqədar vəziyyətin gərginləşməsi ilə bağlı keçirdiyi videoselektor müşavirəsində elan edib.

Dövlət başçısı deyib ki, pandemiya dövründə Daşkənd şəhərində 4092, Daşkənd vilayətində isə 1498 nəfər koronavirusa yoluxub. Bu da respublika üzrə yoluxmanın 40 faizini təşkil edir.

Daşkənddə ölüm halı da kəskin surətdə artıb. Respublika üzrə indiyədək koronavirusdan 72 nəfər ölübsə, bu rəqəm Daşkənddə 45-dir.

Prezident Koronavirusla Mübarizə üzrə Hökumət Komissiyasına təklif edib ki, Daşkənd şəhərində və Daşkənd vilayətində nazirliklərin, komitələrin və tibb müəssisələrinin rəhbərlərindən ibarət sutka ərzində növbə çəkən qərargahlar yaradılsın.

Bu günə olan məlumata görə, ölkədə son sutkada 494, ümumiyyətlə isə 14 min 787 nəfər virusa yoluxub.

Xəbərlər