338
Üzbəüz 16 iyul — 11:15

Müdafiə Nazirliyi Ermənistanın yaydığı daha bir məlumatı təkzib edir

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan tankının vurulması barədə yaydığı məlumata münasibət bildirib.

Virtualaz.org bildirir ki, Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumatı təkzib edib: “Azərbaycanın tankı vurulmayıb. Bu yanlış məlumatdır. Azərbaycan Ordusunun bütün tankları sıradadır. Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir”.

Xəbərlər