470
Üzbəüz 14 iyul — 11:46

ABŞ da dərhal atəşi dayandırmağa çağırdı

Birləşmiş Ştatlar Azərbaycan-Ermənistan sərhədində baş vermiş zorakılığı qəti şəkildə pisləyir, tərəfləri güc tətbiqini dərhal dayandırmağa, mövcud birbaşa əlaqələrdən istifadəyə və atəşkəs rejiminə ciddi əməl etməyə çağırır.

Virtualaz.org bildirir ki, bu çağırış ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortequsun bəyanatında yer alıb.

Qeyd edilib ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla nizamlanmasına kömək etməkdə qətiyyətli olaraq qalır: "ABŞ, Minsk Qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə əsaslı danışıqlara başlamaqla bağlı çağırışlarına qoşulur və vəziyyət imkan verdikcə, ATƏT müşahidəçilərinin bölgəyə qaytarılmasının vacibliyini düşünür”.

Xəbərlər