251
Üzbəüz 14 iyul — 01:21

Tailand səhiyyə naziri maska taxmadığına görə üzr istədi

Tailandın Səhiyyə naziri Anutin Çarnvirakul qoruyucu maska taxmadığına görə ictimaiyyətdən üzr istəyib.


Nazir ABŞ səfirliyində təşkil olunan müstəqillik günü tədbirində şəkil çəkdirərkən maskasını çıxarıb. Bu məqam ictimaiyyətdə böyük narazılığa səbəb olub. Nazir bildirib ki, özü qaydalara əmək etmədiyi halda, əhalidən bunu tələb etmək yersiz olar. O, bu məsələdən dərs aldığını, bir daha belə addım atmayacağını etiraf edib və ictimaiyyəti onun səhvini təkrar etməməyə çağırıb.

Bu, qalmaqallı nazirin COVID-19 pandemiyası dövründə epidemioloji qaydaları ilk dəfə pozması deyil. Anutin Çarnvirakul ötən ay sosial məsafəni qorumadan bir neçə vəzifəli şəxslə yemək zamanı görünmüşdü.

Xəbərlər