503
Üzbəüz 13 iyul — 15:40

Aİ də Azərbaycan-Ermənistan sərhədindəki hadisələrə reaksiya verdi

Azərbaycan-Ermənistan sərhədində baş verənlər çox narahatedicidir.

Virtualaz.org bildirir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter” hesabında yazıb.

“Azərbaycan-Ermənistan sərhədində atışma çox narahatedicidir. Hər iki ölkə üçün təmkinli olmaq, birbaşa və ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsilə bütün rabitə kanallarından istifadə etmək çox vacibdir”, - deyə Aİ-nin xüsusi nümayəndəsi əlavə edib.

Xəbərlər