1996
Üzbəüz 13 iyul — 15:55

Azərbaycan-Ermənistan sərhədində döyüşlər: KTMT-nin iclası təxirə salındı?

KTMT-nin Daimi Şurasının Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində iyulun 12-dən başlayan şiddətli döyüşlərlə bağlı rəsmi Yerevanın müraciəti əsasında bu gün iyulun 13-nə təyin edilmiş iclası sual altındadır.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, KTMT Daimi Şurasının Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı bu günə təyin edilmiş iclası barədə elanı təşkilatın saytından çıxarılıb. Hazırda elanın niyə saytdan çıxarıldığı barədə heç bir izahat yoxdur, eləcə də KTMT-nin iclasının baş tutub-tutmayacağı haqda izahat verilmir.

*** 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Daimi Şuranın təcili iclasının çağırılması təşəbbüsü ilə çıxış edib.

Xəbəri haqqın.az portalı yayıb.

Xəbərlər