2510
Üzbəüz 12 iyul — 16:32

Ermənistan ordusu Tovuz istiqamətində artilleriyanı işə saldı

Bu gün iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, hər iki tərəfdən itki var.

“Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə əlavə məlumat veriləcək”,-nazirlik bildirir.

Xəbərlər