831
Üzbəüz 11 iyul — 13:46

İran Azərbaycanı susuz qoymadı

Son vaxtlar Araz çayında suyun sərfi azaldığından digər rayonlarla yanaşı, Saatlı rayonuna verilən suyun həcmi də müəyyən qədər azalıb. Bu səbəbdən bir sıra kəndlərdə su təminatında çətinliklər yaranıb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən virtualaz.org-a bildiriblər ki, yaranmış çətinliklər nəzərə alınaraq, Araz su anbarından ayrılan suyun həcmini artırmaq təklifi ilə İrana müraciət edilib. Öz növbəsində, İran bu təklifi dəstəkləyib.

Nəticədə İran İslam Respublikası ilə birgə istismar olunan Araz su anbarından buraxılan suyun həcmi iyulun 7-dən artırılıb və rayona suyun tələbata uyğun verilməsi təmin edilib.

Qeyd edək ki, sudan istifadə ilə bağlı məsələlər Dövlətlərarası xüsusi komissiya tərəfindən tənzimlənir.

Virtualaz.org

Xəbərlər