157
Üzbəüz 30 iyun — 14:53

Putin, Ərdoğan və Ruhani videokonfrans keçirəcəklər

Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani iyulun 1-də videokonfrans keçirəcək.

Virtualaz.org-un məlumatına görə, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, prezidentlər görüş zamanı regional məsələləri, xüsusilə də Suriyadakı vəziyyəti müzakirə edəcək.

Xatırladaq ki, üç ölkə rəhbəri sonuncu dəfə 2018-ci ildə Qazaxıstanda Suriya məsələsini müzakirə etmişdi.

Xəbərlər