254
Üzbəüz 1 iyun — 15:33

Azərbaycan Mərkəzi Bankı bəzi banklarla iş aparmağa başlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) məcmu kapitalı müəyyən edilmiş tələbdən (50 milyon manat) az olan banklarla iş aparmağa başlayıb.

Virtualaz.org  xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.

“Həmin banklar sağlam banklardır, öhdəliklərini yerinə yetirirlər. Onların adekvatlığı yüksəkdir, sadəcə məcmu kapitalları müəyyən edilmiş tələbdən aşağıdır. Bu ilin sonuna qədər həmin bankların nizamnamə kapitallarının (dolayısı ilə məcmu kapitallarının) artırılması istiqamətində iş aparırıq”, - deyə o, qeyd edib.

Xəbərlər