184
Üzbəüz 1 iyun — 13:52

Qırğızıstan və Özbəkistan sərhədində kənd sakinləri bir-birlərinə daş atdı

Qırğız Respublikasının Özbəkistan ilə sərhədində bir neçə yüz adamın iştirak etdiyi yerli sakinlərin toqquşması baş verib.

Virtualaz.org bildirir ki, toqquşma zamanı 20-dən çox qırğız xəsarət alıb.

Qeyd olunur ki, münaqişə su səbəbindən baş verib: sakinlər bulaqla bağlı razılığa gələ bilməyiblər.

“Hadisədən sonra 25 yaralı şəxs Aydarken şəhərindəki ümumi təcrübə mərkəzinə gətirilib” – Qırğız Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.

Xəbərlər