214
Üzbəüz 31 may — 19:20

Xorvatiya Aİ üzvü olan 10 ölkənin vətəndaşları üçün sərhədlərini açdı

Xorvatiya Avropa İttifaqına üzv olan 10 ölkənin vətəndaşları üçün sərhədlərini açıb.

AzərTAc ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Çexiya, Macarıstan, Avstriya, Estoniya, Latviya, Litva, Polşa, Sloveniya, Almaniya və Slovakiyadan gələn vətəndaşlar maneəsiz Xorvatiyaya daxil ola bilərlər.

Ölkə sərhədlərində tıxacların yaranmaması üçün xüsusi elektron qeydiyyat sistemi yaradılıb.

Xəbərlər