177
Üzbəüz 29 may — 15:41

“Taliban” polis məntəqəsinə hücum etdi

“Taliban” radikal qruplaşmasının yaraqlıları tərəfindən Farah əyalətindəki keçid məntəqəsinə hücum zamanı yeddi əfqan polisi öldürülüb.

Bu barədə KİV-ə yerli polisin nümayəndəsi Mohibulla Mohib məlumat verib.

Onun sözlərinə görə, qarşı tərəfdən də 7 yaraqlı məhv edilib, daha 3 polis isə yaralanıb.

Hələlik “Taliban” hücumla bağlı açıqlama yaymayıb.

Azvision.az xatırladır ki, Əfqanıstandakı hökumət qüvvələri ilə “Taliban” radikal qruplaşmasının yaraqlıları arasında sülh prosesini başlatmaq səylərinə baxmayaraq, qarşıdurma davam edir.

Xəbərlər