198
Üzbəüz 27 may — 15:22

Azərbaycan 17 vətəndaşını Hindistandan ölkəyə gətirir

Bu gün 17 nəfər Azərbaycan vətəndaşı təyyarə ilə Hindistandan Tbilisiyə gəlir.

Bunu virtualaz.org-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayeva vurğulayıb ki, hazırda həmin təyyarə Tbilisiyə enməlidir: “Ondan sonra həmin vətəndaşlar Azərbaycanın Gürcüstandakı səfirliyinin bilavasitə əlaqələndirməsi ilə Tbilisidən Azərbaycana avtobusla gələcəklər.

Bizim vətəndaşlarımız Hindistanda idi, onların geri qaytarılması məsələlərini biz aidiyyəti üzrə nəzərdən keçirirdik və indiki mərhələdə Hindistan Hava Yollarının təyyarəsi Tbilisiyə uçduğu üçün bu reys ilə 17 vətəndaşımız Tbilisiyə və oradan da Azərbaycana gələcək”.

Xəbərlər