194
Üzbəüz 27 may — 09:56

Müdafiə Nazirliyi cəbhə xəttində son vəziyyət barədə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Virtualaz.org Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Xəbərlər