368
Üzbəüz 23 may — 21:54

Ukraynada deputatı başından güllələdilər

Ukrayna Ali Radasının deputatı Valeri Davidenko Kiyevdəki ofisində ölmüş vəziyyətdə tapılıb.

Virtualaz.org bildirir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

1973-cü il təvəllüdlü deputatın başından aldığı güllə yarasından öldüyü bildirilir.

V.Davidenko parlamentə Çerniqov əyalətinin 208-ci dairəsindən seçilmişdi. Heç bir partiyanın üzvü deyildi, namizədliyini də müstəqil irəli sürmüşdü.

Hüquq-mühafizə orqanları hələlik hadisə ilə bağlı məlumat yaymayıblar.

Xəbərlər