185
Üzbəüz 23 may — 22:40

Netanyahu sabah məhkəmə qarşısına çıxır

İsrailin Baş naziri Binyamin Netanyahu sabah hakim qarşısına çıxacaq.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Netanyahu haqqında 3 fərqli korrupsiya işi ilə bağlı məsələyə baxılacaq.

İsrail tarixində ilk dəfədir ki, Baş nazir vəzifə başında olarkən barəsində məhkəmə işi qaldırılıb. Netanyahunun ilk məhkəmə prosesi Qüds bölgə məhkəməsində keçiriləcək.

Qeyd edək ki, İsrailin Baş prokuroru Avicat Mandelblit 21 oktyabr 2019-cu ildə 3 fərqli korrupsiya işi ilə bağlı Netantahuya qarşı iddia qaldırıb. Bu il martın 17-nə planlaşdırılan məhkəmə prosesi isə koronavirus səbəbindən mayın 24-nə keçirilib.

Xəbərlər