191
Üzbəüz 23 may — 13:50

Azərbaycanla Türkmənistan Xəzərin dibi ilə kabel çəkilməsi şərtlərini müzakirə etdilər

Azərbaycanın rabitə operatoru “AzerTelecom” MMC və Türkmənistanın Dövlət Telekommunikasiya Şirkəti “Turkmentelecom”un nümayəndələri arasında onlayn görüş olub.

Virtualaz.org bildirir ki, bu barədə Türkmənistanın Dövlət İnformasiya Agentliyi xəbər yayıb.

Bildirilir ki, onlayn iclasın əsas mövzusu Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi olub.

Qeyd olunub ki, telekommunikasiya sahəsinə investisiyaların cəlb edilməsinə xüsusi diqqət yetirilib, eyni zamanda fiber-optik rabitə xətlərin birgə istismarı, xidmət göstərilməsi və qorunması şərtləri müzakirə olunub.

O da vurğulanıb ki, qədim zamanlarda Böyük İpək Yolunun keçdiyi ərazini əhatə edən bu layihənin həyata keçirilməsi Türkmənbaşı və Siyəzən şəhərlərini birləşdirəcək, eləcə də Asiya ilə Avropa arasındakı telekommunikasiya körpülərinin yaxşılaşdırılması sahəsində əməkdaşlığı gücləndirəcək. Bir sözlə, kabel xətti iki ölkənin, eləcə də bölgənin telekommunikasiya sektorunun inkişafına töhfə verəcək.

Xəbərlər