536
Üzbəüz 22 may — 20:59

Koronavirusa yoluxan Kadırovun vəziyyətinin ağır olduğu bildirilir

Koronavirusa yoluxma şübhəsi ilə Moskva klinikalarından birinə yerləşdirilən Çeçenistan başçısı Ramzan Kadırovun vəziyyətinin ağır olduğu bildirilir. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, həkimlər onun iki-üç həftə əvvəl virusa yoluxduğunu təxmin edirlər. Yoluxandan təxminən bir həftə sonra o, özünü pis hiss etməyə başlayıb, amma bunun adi soyuqlama əlaməti olduğunu düşünüb. İndi isə onun ağ ciyərləri zədələnib, ikitərəfli pnevmoniya ilə müalicə olunur.

Ramzan Kadırovun Moskva klinikalarından birinə yerləşdirildiyi haqda ötən gün mayın 21-də Rusiya KİV-ləri xəbər veriblər. Çeçenistan hökuməti hələlik Kadırovun vəziyyəti barədə şərh etmir.

Rusiya elitasından bu vaxta qədər baş nazir Mixail Mişustin, prezidentin mətbuat katibi Dmitri Peskov, qubernatorlar və Dövlət Dumasının deputatları koronavirusa yoluxublar.

Virtualaz.org

Xəbərlər