1971
Üzbəüz 21 may — 17:14

Elçin Məmmədov Rüstəm Usubovun varisi oldu

Prezidentin fərmanı ilə Elçin Məmmədov Azərbaycan Baş prokurorunun birinci müavini təyin edilib.

Virtualaz.org bildirir ki, bu təyinata qədər Elçin Məmmədov Lənkəran şəhər prokuroru vəzifəsində çalışıb.

Bundan başqa, Elmar Camalov və Nazim Rəcəbov Baş prokurorun müavinləri təyin ediliblər.

Baş prokurorun yeni birinci müavini Elçin Məmmədovun mümkün əlçatan yeganə fotosu

Qeyd edək ki, bu təyinatlara qədər E.Camalov Mingəçevir şəhər prokuroru, N. Rəcəbov isə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsində çalışıblar.

Yeri gəlmişkən, N. Rəcəbov həm də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri vəzifəsini yerinə yetirəcək.

Virtualaz.org

Xəbərlər