1306
Üzbəüz 10 aprel — 18:23

Qondarma “qərbi ermənistan dövləti pasportu” alan türklər var?

”Yerevanda qurulan qondarma qondarma “Qərbi Ermənistan höküməti “ müraciət edən hər kəsə vətəndaşlıq verəcəyini açıqlayıb. Müraciət edənlər arasında ermənilərlə yanaşı türklər də var”.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin  (ASİMDER) rəhbəri Göksel Gülbey bildirib.

Onun sözlərinə görə, erməni diasporu 1915-ci il köçündən bu yana yüz ildir ki, Türkiyənin Şərqi Anadolu və cənub şərq hissəsindəki bölgələrdəki 20 şəhəri qondarma Qərbi Ermənistan adlandırıblar. Artıq diaspora bu ərazilərə aid iddialarını həyata keçirmək üçün fəaliyyətə başlayıb. Qondarma Qərbi Ermənistan dövləti qurulub və bu dövlətin başçısı Armenak Abrahamyan, baş naziri isə Karnig Sarkisyan olub. Ermənistanın paytaxtı Yerevanda üçüncü qurultayını gerçəkləşdirən bu hökumət ilk vətəndaşı olan Qaro Aqopyana vətəndaşlıq vəsiqəsi verib”.  

G. Gülbey bildirib ki, Türkiyədə yaşayan bəzi türk vətəndaşları da Qərbi Ermənistan vətəndaşlığını almaq üçün müraciət edirlər. Onun sözlərinə görə, “Qərbi Ermənistan” vətəndaşları üçün açılan saytlarda 40 dollar qarşılığında vətəndaşlıq verilir: “ Türkiyədə yaşayan ermənilər və erməni əsilli türklər vətəndaşlıq üçün müraciət edirlər. Gizli erməni diasporasının planlarını deşifrə edən ASİMDER təşkilatı bunların Türkiyə və Azərbayxandakı bəzi tərəfdarlarını narahat edib. Vaxt itirmədən Türkiyə və Azərbaycandakı belə şəxslərə qarşı tədbir görülməlidir”, - Gülbey bildirib.

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər