186
Üzbəüz 6 aprel — 18:34

Naxçıvan Qarnizonunda komandir hazırlığı məşğələləri keçirildi

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.

Müdafiə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, məşğələlərdə əsas diqqət zabitlərin əməliyyat hazırlığına və bölmələrin idarə edilməsində praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldilib.

Cəlb olunan heyətə əməliyyat-taktiki hesablamaların aparılmasının qoşunların fəaliyyətinin planlaşdırılmasında və qərarın qəbul edilməsində vacibliyi göstərilib.

Zabitlər bölmələrin və atəşin idarəolunması üzrə keçirilən taktiki təlimdə iştirak ediblər.

Xəbərlər