339
Üzbəüz 5 aprel — 22:32

FHN vətəndaşları karantin rejiminə ciddi əməl etməyə çağırdı

Fövqəladə Hallar Nazirliyi (FHN) koronavirus (COVID-19) infeksiyası səbəbilə ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqəli video çarx yayımlayıb.

Virtualaz.org bildirir ki, FHN videonu "Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın" başlığı ilə paylaşıb.

Videoda qeyd olunur ki, ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir: “Bu tədbirlər çərçivəsində, məlum olduğu kimi, aprel ayının 20-nə kimi ölkədə xüsusi karantin rejimi tətbiq edilir.

Özünüzün, əzizlərinizin və bütün Azərbaycan cəmiyyətinin sağlamlığı naminə hər kəsi karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq”.

Xəbərlər