615
Üzbəüz 30 mart — 21:26

Putin Trampla koronavirusu və neft bazarındakı vəziyyəti müzakirə etdi

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub.

Virtualaz.org bildirir ki, bu barədə Kremlin Mətbat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, dövlət başçıları dünyada koronavirusun geniş miqyasda yayılmasında ciddi narahatçılıqlarını bildirərək, bir-birini bu təhlükəyə qarşı öz ölkələrində görülən tədbirlər barədə məlumatlandırıblar. İki ölkənin bu istiqamətdə daha sıx əməkdaşlığının mümkünlüyü xüsusi vurğulanıb.

Rusiya və ABŞ liderləri dünya neft bazarındakı hazırkı vəziyyət barədə də fikir mübadiləsi aparıblar. Belə bir razılıq əldə olunub ki, bu istiqamətdə energetika nazirlərinin xətti ilə Rusiya-ABŞ məsləhətləşmələri aparılsın.

ABŞ tərəfinin təşəbbüsü ilə gerçəkləşən telefon danışığında ikitərəfli münasibətlərə də toxunulub və liderlərin şəxsi təmaslarının davam etdirilməsi barədə razılığa gəlinib.

Xəbərlər