289
Üzbəüz 30 mart — 15:25

Türkiyə beynəlxalq təşkilatları Qarabağdakı “seçkiləri” boykot etməyə çağırdı

Türkiyə beynəlxalq təşkilatlara müraciət edərək, işğal altında olan Dağlıq Qarabağda keçiriləcək qanunsuz "seçkiləri" boykot etməyə çağırıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Azərbaycanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 2020-ci ilin martın 31-də keçirilməsi nəzərdə tutulan "seçkilər" Dağlıq Qarabağdakı mövcud qeyri-qanuni vəziyyətin qanuniləşdirilməsi üçün göstərilən birtərəfli cəhdlərin təzahürüdür: Həmçinin qeyd olunub ki, bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurası qətnamələrinin, ATƏT prinsiplərinin açıq-aşkar pozulmasıdır.

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün, ATƏT-in Minsk Qrupu çərçivəsində mərhələli danışıqların davam etdiyi bir vaxtda işğal olunmuş ərazilərdə qondarma seçkilərin təşkili, sülh yolunu və davamlı sabitliyi sarsıdan təşəbbüsdür. Dünya ictimaiyyətini, beynəlxalq qurumları, o cümlədən ATƏT-in Minsk Qrupunu bu seçkini tanımamağa dəvət edirik. Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yeni şəkildə pozulmasını təşkil edəcək qeyri-qanuni seçkiləri rədd edir. Türkiyə ATƏT-in Minsk Qrupunun bir üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinə ədalətli həll yolunun tapılması istiqamətindəki cəhdləri dəstəkləməyə davam edəcək”, - deyə Türkiyə XİN-in yaydığı məlumatda bildirilib.

Xəbərlər