377
Üzbəüz 30 mart — 17:00

Rəsmi Tehran ABŞ-ı İrana qarşı tibbi terrorizmdə ittiham etdi

Koronavirus şəraitində ABŞ-ın tətbiq etdiyi sanksiyalar tibbi terrorizmdir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, İran güclü səhiyyə sisteminə sahibdir: "Amma ABŞ-ın İranın maliyyə mənbələrini qanunsuz blokada altına alması tibbi qurğular və dərmanlara çatmaq imkanlarımızı yox edir. Bu, humanitar fəlakətə gətirib çıxarır. İran zəngin faydalı qazıntılar, o cümlədən neft və qaz ehtiyatlarına sahib ölkə olsa da, Amerika sanksiyaları ucbatından maliyyə mənbələrindən məhrumdur. Antiiran sanksiyaları İran hakimiyyətinin tibbi qurğular və dərmanlar almaq imkanlarını məhdudlaşdırır. Bank və maliyyə sektorlarına məhdudiyyətlər İranın humanitar məqsədlər üçün mal alışına zərbə vurur. Avropa şirkətləri ABŞ təhdidləri ucbatından İrana tibbi mallar satmırlar. ABŞ bununla İrana qarşı iqtisadi və tibbi terrorizm tətbiq edir”.

Xəbərlər