2055
Üzbəüz 27 mart — 00:13

Əli Əsədov icra başçılarına Prezidentin tapşırığını çatdırdı

Hazırda digər ölkələrlə müqayisədə ölkəmizdə koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər nəticəsində vəziyyət yaxşıdır.

Virtualaz.org bildirir ki, bunu martın 26-da Nazirlər Kabinetində Operativ Qərargahın növbəti iclasında Baş Nazir Əli Əsədov deyib.

Baş Nazir bildirib ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir.

"Buradan müraciət edərək Qərargahdan kənarda olan bütün rayon, şəhər icra hakimiyyətlərinin rəhbərlərinə bir nömrəli tapşırıq kimi, cənab Prezidentin tapşırığını çatdırmaq istəyirəm. Bir nömrəli və ən vacib tapşırıq bu gün ondan ibarətdir ki, karantinin şərtləri sözsüz-şərtsiz icra olunmalıdır və hamı buna riayət etməlidir. Yaşından, vəzifəsindən, heç bir imtiyaza baxmayaraq bunun tələbləri vaxtında və tam şəkildə icra olunmalıdır", - deyə Baş Nazir vurğulayıb.

Ə.Əsədov qeyd edib ki, bununla əlaqədar qanunvericiliyin şərtlərinə uyğun olaraq dövlət tərəfindən bütün lazım olan tədbirlər görüləcək və qarşıya qoyulan tapşırıqlar 100 faiz icra olunacaq.

Xəbərlər