497
Üzbəüz 26 mart — 11:24

Bu gün G-20 sammiti keçiriləcək

Bu gün G-20 liderlərinin videokonfrans formatında sammiti keçiriləcək.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, qapalı keçiriləcək sammit koronavirus pandemiyası ətrafındakı vəziyyətə həsr olunacaq. Səudiyyə Ərəbistanının sədrlik edəcəyi sammitdə ABŞ Prezidenti Donald Tramp da iştirak edəcək.

Xatırladaq ki, G20 ölkələrinin liderləri bir müddət əvvək ayrı-ayırılıqda video-konfranslar edərək koronavirus pandemiyası ilə bağlı müzakirələr aparıblar. Həmin müzakirələrdə G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Beynəlxalq Valyuta Fondunun (IMF) dünyada qlobal tənəzzülün gözlənilməsi ilə bağlı məlumatlarına cavab olaraq G20 ölkələrinin “Fəaliyyət Planı”nın inkişaf etdirilməsi ilə bağlı razılıq əldə ediblər.

IMF rəhbəri Kristalina Georgiyeva bəyan edib ki, bir sıra ölkələrin fiskal və valyuta sahəsində addımları alqışa layiqdir. Lakin ölkələr fiskal siyasət sahəsində daha çox işlər görməlidirlər.

Xəbərlər