398
Üzbəüz 25 mart — 13:00

Moskva və Londondan 151 nəfər Azərbaycana qaytarıldı

Martın 25-nə keçən gecə AZAL Moskva və Londondan iki reys yerinə yetirərək 151 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən virtualaz.org-a daxil olan məlumata görə, ölkəyə qayıdan hər bir vətəndaş tibbi müayinədən keçib və karantinə yerləşdirilib.

Qeyd edək ki, vətəndaşların ölkəyə qayıtması tarixləri Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

Xəbərlər