543
Üzbəüz 25 mart — 10:02

Bakıdakı “Urfa” restoranı da kampaniyaya qoşuldu

Prezident İlham Əliyevin ölkədə koronavirusla mübarizəyə dəstək üçün yaratdığı xüsusi Fonda sahibklarlar tərəfindən ianələrin köçürülməsi kampaniyası davam edir.

Bakının Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 10-da yerləşən “Urfa” restoranının sahibi Bənövşə Sadıqova da  prezidentin çağırışına qoşularaq bu kampaniyaya dəstək verib, “Urfa” restoranı həmin fonda 3 min manat vəsait köçürüb. Restorandan virtualaz.org-a bildiriblər ki, bundan başqa yaxınlıqda yaşayan 15 aztəminatlı ailənin ərzaqla təminatını da öz öhtələrinə götürüblər. Artıq ailələrə zəruri ərzaq məhsulları paylanılıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə digər ictimai iaşə mərkəzləri kimi “Urfa” restoranı da hazırda saat 12:00-dan 15:00-dək işləyir. Amma evə götürmə, çatdılma xidməti daim fəaliyyətdədir. “Obyekt hər gün dezinfeksiya edilir, ayrıca işçilər təlimatlandırılıb, təmizliyə maksimum riayyət olunur”,-restorandan bildiriblər.

“Urfa” restoranının 35 əməkdaşı var. İqtisadi zərərlərə baxmayaraq restoran rəhbərliyi ixtisarlar aparmağı düşünmür, əksinə işçilərin maaşları vaxtlı-vaxtında ödəniləcək. Restorandan bildiriblər ki, iş saatının azaldılması və ya gələcəkdə veriləcək digər  tədbirlər maaşlara təsir etməyəcək. “Çalışacağıq ki, bu ağır günlərdə bir-birimizə dəstək olaq. İşçilərə tapşırmışıq ki, özləri, yaxud ailə üzvləri xəstə olduğu halda işə gəlməsinlər. Bu hal onların maaşlarına təsir etməyəcək”,-restoran rəhbərliyi belə deyib. 

Virtualaz.org

Xəbərlər