856
Üzbəüz 27 fevral — 17:18

DSX rəisi istefaya buraxılan generallarla görüşdü

Bu gün Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidməti rəisinin müavinləri - general-leytenant Asif Cəbra¬yı¬lov, general-leytenant Fərhad Tağızadə və general-leytenant Əsgər Xəlilovun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Silahlı Qüvvə-lərdə həqiqi hərbi xidmətdən istefaya buraxılmaları ilə əlaqədar təntənəli tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətindən virtualaz.org-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının elan edilməsi ilə başlayan tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmə-tinin rəisi general-polkovnik Elçin Quliyev artıq uzun illərdir ki, yaranmış ənənəyə uyğun olaraq bu təntənəli tədbirin keçirildiyini qeyd edib, istefaya buraxılan ali hərbi rütbəli zabitlərə müstəqil Azərbaycanın sərhəd mühafizəsinin formalaşmasında və inkişafında, gənc sərhədçi nəslinin yetişməsində səmərəli xidməti fəaliyyətlərinə görə təşəkkür edib, keçdikləri çətin və şərəfli xidmət yolunun yetişməkdə olan gənc nəslin formalaşmasına öz layiqli töhfəsini verdiyini xüsusi vurğulayıb.

Sonra Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Rəşadət” ordeni təltif edil-miş generalların ordenlərini onlara təqdim edib, dövlət sərhədlərinin mühafizəsi sahəsinə göstərdiyi ali diqqət və qayğıya görə Ali Baş Komandana bir daha minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən generallar yüksək dövlət mükafatı 3-cü dərəcəli “Rəşadət” ordeninə layiq görüldüklərinə və yüksək dövləti qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə-lərin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, bütün xidməti fəaliyyətləri dövründə Ümummilli Lider Heydər Əliyevə və Prezidentə sədaqətlə xidmət etdiklərinə görə özlərini xoşbəxt saydıqlarını, bundan sonra da dövlət sərhədlərinin müha-fizəsi və toxunulmazlığının təmin olunması üçün öz bilik və bacarıqlarını əsirgəməyəcəklərini qeyd ediblər.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev vətən qarşısında yüksək xidmətlər göstərərək istefaya bura¬xılan generallara bir daha minnətdarlığını bildirib, şəxsi həyatlarında uğurlar arzulayıb.

Xəbərlər