444
Üzbəüz 26 fevral — 18:14

KTMT-nin yeni Baş katibi Yerevana gedir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi Stanislav Zas bu gün Ermənistana gedəcək.

Virualaz.org bildirir ki, məlumatı “Sputnik Ermənistan” yayıb. Səfər üç gün davam edəcək.

Zas Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyan, Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, Müdafiə naziri David Tonoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, spiker Ararat Mirzoyanla görüşəcək.

Xatırladaq ki, S.Zasın yeni vəzifəyə namizədliyi 28 noyabr 2019-cu ildə KTMT liderləri tərəfindən Bişkekdəki sammitdə təsdiq edilib. Bundan əvvəl o, Belarus Təhlükəsizlik Şurasının katibi idi.

Xəbərlər